Modern.az

ÜST Çində yoluxmanın artmasından narahatdır

ÜST Çində yoluxmanın artmasından narahatdır

Aktual

22 Dekabr 2022, 08:12

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasından narahatdır.

 

Modern.az xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib və ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.

 

Qeyd edək ki, 2020-ci ildən Çində “Sıfır COVID” strategiyası həyata keçirili. Virusun yayılmasını məhdudlaşdırmaq üçün yoluxmuş insanlarla təmasda olanlara məcburi karantin tətbiq edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər