Üçqat dünya çempionu, məşhur braziliyalı futbolçu Pelenin səhhəti yenidən pisləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçmiş futbolçunun həkimləri məlumat verib.
Bildirilib ki, noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə edilir, buna görə də böyrək və ürək disfunksiyası səbəbindən daha intensiv müalicə tələb olunur.