Modern.az

YAP-çı deputat: Belə məhəbbət olmur

YAP-çı deputat: Belə məhəbbət olmur

Aktual

23 Dekabr 2022, 11:28

"Dünən Fransa prezidenti Emmanuel Makronun maraqlı bir müsahibəsi çıxdı. Müsahibə dünyanın analitik mərkəzlərində analiz edildi. O qeyd etdi ki, təhlükəsizlik sisteminin yaradılması üzərində işlər gedir. Buradan da belə hiss olunur ki, Emmanuel Makron Azərbaycanı çox istəyir. Amma bu çox qəribə bir istəkdir. Belə məhəbbət və dostluq olmur".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib.

 

“Fransa bilməlidir ki, təhlükəsizlik sistemini yaratmaq istəyirsə, ilk olaraq yaxın dostu Ermənistanı buna çağırmalıdır. Biz belə bir sistem qurmasaq, bunu dünyanın digər böyük ölkələri edəcək. Fransa dövlət başçısı özünə yaraşmayan ifadələr işlədir. Fransa problemləri daha da ağırlaşdıraraq dostlarını özündən uzaqlaşdırır. Azərbaycana aidiyyatı olmasaydı, bu ölkənin nə hərəkət etdiyi bizim marağımızda olmazdı. Çox istəyərdik ki, Fransa Azərbaycana qarşı ədalətli addım atsın", - deyə deputat çıxışında vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?