"Üçtərəfli təmas gündəmdən çıxarılmayıb".
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Regionda filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqlarını həll etmək lazımdır. Biz Rusiya Federasiyasının iki dost ölkəsi arasında sülhün olmasında maraqlıyıq. Əsas odur ki, münaqişənin yenidən baş verməsinin qarşısı alınsın. Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli təmas gündəmdən çıxarılmayıb", - deyə Lavrov bildirib.
Qeyd olunub ki, tərəflər nazirlər səviyyəsində Cənubi Qafqaz üzrə “3+3” formatında yeni təmaslar haqqında razılığa gəlirlər.