Modern.az

Gürcüstanda neft ehtiyatları aşkarlandı

Gürcüstanda neft ehtiyatları aşkarlandı

Aktual

25 Dekabr 2022, 09:45

Gürcüstanın şərqində neft ehtiyatları aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “Block Energy” neft şirkəti məlumat yayıb.

 

Bildirilib ki,Gürcüstanın Patardzeuli kəndi yaxınlığında neft ehtiyatları aşkar olunub. İlkin məlumata görə, yeni aşkar olunan yataqda neft hasilatı sutkada 45 barel təşkil edir.

 

Məlumat üçün bildirək ki, indiyədək Gürcüstanda böyük neft və qaz yataqları aşkar olunmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?