Bu gün erməni separatçıları Xankəndi şəhərində mitinq keçirməyi planlaşdırır.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mitinqin günorta saatlarında keçirilməsi nəzərdə tutulur.
Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan ermənilərə təxribatçı çağırış edərək, onları mitinqə qoşulmağa çağırıb. Erməni sakinlər isə belə mitinqlərin keçirilməsinə o qədər də maraq göstərmirlər.
Qeyd edək ki, Ruben Vardanyan dekabrın 16-da da Xankəndidə mitinq keçirməyə çalışmışdı, lakin istəyinə nail ola bilməmişdi.