Gürcüstanın Tbilisi-Rustavi yolunda qətl hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ər və arvad bıçaqlanaraq öldürülüb, sonra onların meyitləri quyuda gizlədilib.
Yaxınları onları bir neçə gün axtarsa da, tapa bilməyib. Nəhayət, polis meyitlərin basdırıldığı yeri müəyyən edib. Meyitlər tanınmaz halda olub. Onları şəxsi əşyalarla tanımaq mümkün olub.
İddialara əsasən, qətl 20 min dollar borc üstündə törədilib. Belə ki, xarici ölkə vətəndaşının qadına borcu olub və pulu qaytarmaqdan imtina edib.
Qətldə təqsirləndirilən şəxs saxlanılıb. O törətdiyi cinayəti etiraf edib.