Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının keçmiş komandanı, general-polkovnik Aleksey Maslov 69 yaşında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Maslovun son illər işlədiyi “Uralvaqonzavod” konserni məlumat yayıb.
Bildirilib ki, o, Burdenko adına Baş Hərbi Klinik Hospitalda vəfat edib.
Qeyd edək ki, Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub. O, 2011-ci ildə hərbi xidmətdən ehtiyata göndərilib, son illərdə “Uralvaqonzavod”un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.