Modern.az

İlham Əliyev tarixi qələbəmizin memarıdır - FOTOLAR

İlham Əliyev tarixi qələbəmizin memarıdır - FOTOLAR

Aktual

26 Dekabr 2022, 09:00

YAP Kəlbəcər rayon təşkilatı dekabrın 24-də "Böyük Zəfərin Memarı"adlı tədbir keçirib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq,Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin növbəti seçkilərdəki qələbələri bir daha göstərdi ki, xalq ona böyük ümid bəsləyir və seçimində yanılmayıb.Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında daim "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm.”- deyib və bu gün hər bir vətəndaşımız bu sözlərin təsdiqinin şahidi olurlar. Prezident İlham Əliyev, bizim tarixi qələbəmizin memarıdır.

 

Əlbəttə, gələcəyə baxdıqda, biz tam əminliklə deyirik ki, Azərbaycan daha da güclənəcək,inkişaf edəcək.
Milli Məclisin deputatı Aqil Məmmədov çıxışında bildirib ki, Böyük Qələbə nəticəsində yaranmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyindən  xəbər verir. İqtisad elmləri doktoru Aqil Əsədov cıxışında bildirib ki,  Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.  Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb.Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakultəsinin dekanı Ələmdar Cabbarlı, BDU-nin dosenti Rəşad Qardaşov və digər çıxış edənlər bildirdilər ki,44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacağıq.Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir. Sonra YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup partiya üzvlərinə Fəxri Fərmanlar təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?