Modern.az

Dəhliz ətrafındakı gərginlik sülh prosesinə mane olur - Rusiya XİN

Dəhliz ətrafındakı gərginlik sülh prosesinə mane olur - Rusiya XİN

Aktual

26 Dekabr 2022, 11:18

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Laçın dəhlizi ilə bağlı son situasiyaya münasibət bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Qaluzin vəziyyətin gərginləşməsinin təsirlərindən danışıb.

 

"Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinin üzərində işləmək prosesini çətinləşdirir", - nazir müavini söyləyib.

 

Qaluzin, həmçinin ABŞ-ın başçılıq etdiyi birqütblü dünyanın sona çatdığını deyib.

 

Diplomatın sözlərinə görə, rəsmi Astana və Daşkənd Rusiya ilə qaz ittifaqı yaratmağa hazırdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...