Modern.az

Laçın yolundakı hadisələr Ermənistan üçün sınaqdır - Çavuşoğlu

Laçın yolundakı hadisələr Ermənistan üçün sınaqdır - Çavuşoğlu

Aktual

29 Dekabr 2022, 11:04

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın yolundakı vəziyyətə münasibət bildirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb.

 

"Laçın yolundakı hadisələr Ermənistan üçün səmimilik sınağıdır. Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir. Can Azərbaycanla əməkdaşlığımız davam edəcək", - deyə Çavuşoğlu söyləyib.

 

O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır