Modern.az

“Sülhməramlılarsız daha yaxşı olardı?” - Zaxarovadan ittihamlara cavab

“Sülhməramlılarsız daha yaxşı olardı?” - Zaxarovadan ittihamlara cavab

Aktual

29 Dekabr 2022, 13:40

"Rusiya sülhməramlılarının fəaliyyətini tənqid etmək qəbuledilməzdir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

 

"Publik hücumlar işə kömək etmir. Sülhməramlılar sahədə vəziyyətin nizamlanması və Laçın dəhlizindəki situasiyanın yaxşılaşması üçün hər şey edir. Kimsə məsuliyyətlə cavab verə bilərmi ki, sülhməramlılarsız daha yaxşı olardı?", - deyə Zaxarova bəyan edib.

 

Qeyd edək ki, Ermənistan rəsmiləri Rusiyanın Qarabağda müvəqəti yerləşdirilmiş sülhməramlılarını dəfələrlə tənqid edərək, onları fəaliyyətsizlikdə ittiham edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır