Modern.az

Peskov sülhməramlıların mandatından danışdı: Razılıq lazımdır!

Peskov sülhməramlıların mandatından danışdı: Razılıq lazımdır!

Aktual

29 Dekabr 2022, 14:12

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib.

 

"Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib.

 

Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...