Modern.az

Akardan Yunanıstana növbəti xəbərdarlıq

Akardan Yunanıstana növbəti xəbərdarlıq

Aktual

1 Yanvar 2023, 17:35

"Biz sülh əlini uzadarkən, Yunanıstan təxribatçı hərəkətlərini və gərginliyi artıran bəyanatlarını davam etdirməkdə israrlıdır".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

"Bunlar sadəcə olaraq beynəlxalq aləmdə insanları çaşdırmaq üçün irəli sürülən şeylərdir. Türkiyə dövlətinin siyasəti çox aydındır. 40 min kvadrat kilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar. Biz bu günə qədər heç bir təxrbata icazə verməmişik, etməyəcəyik də”, - Akar bildirib.

 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ankaranın Yunanıstanın Egey dənizindəki ərazi sularının genişləndirilməsinə icazə verməyəcəyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?