Modern.az

Türkiyədə seçkilər vaxtından əvvəl keçirilə bilər

Türkiyədə seçkilər vaxtından əvvəl keçirilə bilər

Aktual

2 Yanvar 2023, 22:48

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə bilər.

 

Modern.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

 

“Bizim seçkiləri iyunun 18-də keçirmək üçün iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi dövrə təsadüf edir. Bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”, - deyə Çelik bildirib.

 

AKP rəsmisi onu da qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə bilməz. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?