Modern.az

Kəsdiyi ağacın altında qalıb ÖLDÜ

Kəsdiyi ağacın altında qalıb ÖLDÜ

Aktual

3 Yanvar 2023, 09:48

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib.

 

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?