Modern.az

Ərdoğan Türkiyə PUA-larının Qarabağda istifadəsindən DANIŞDI

Ərdoğan Türkiyə PUA-larının Qarabağda istifadəsindən DANIŞDI

Aktual

9 Yanvar 2023, 14:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin istehsalı olan pilotsuz uçuş aparatlarının uğurlu istifadə nümunələrindən danışıb.

 

Modern.az  "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu mövzuya ölkəsinin istehsal etdiyi yeni "Fırtına" haubitsalarının ictimaiyyətə təqdim edildiyi tədbirdə toxunub.

 

"Qarabağ qələbəsindən Liviyaya, terrorla mübarizədən nöqtə əməliyyatlarına qədər geniş sahədə Türkiyənin zərbə dronları əldə etdikləri uğurlarla dünyadakı döyüş üsullarını da dəyişdirirlər. Bu gün PUA-larımız, "Fırtına" haubitsalarımız birgə xüsusən sərhədlərimizin kənarından ölkəmizi hədəf alan terror təşkilatlarının kabusu olub. Suriyadakı əməliyyatlarımız zamanı bunlar çox önəmli və kritik rol oynadı", - deyə Türkiyə prezidenti bildirib.

 

O qeyd edib ki, yeni texnikanın inventara daxil olması ilə Türkiyə ordusu daha da güclənəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?