Modern.az

Azərbaycandan hərbçiləri gətirib müalicə etmişik - Ərdoğan

Azərbaycandan hərbçiləri gətirib müalicə etmişik - Ərdoğan

Aktual

11 Yanvar 2023, 16:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hərbçilərinin Türkiyədə müalicə almasından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Beynəlxalq Ombudsmanlar Konfransında çıxışı zamanı söz açıb.

 

"Biz Rusiya və Ukraynaya yaralılar üçün humanitar dəhliz açılması təklifini vermişik. Sadəcə Rusiya-Ukrayna deyil, eyni zamanda Suriyadan, Azərbaycandan, Liviyadan yaralıları gətirib müalicə edib geri göndəririk. Bu, bizim insani borcumuzdur", - deyə o bildirib.

 

O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda qeyri-sabit vəziyyətin aradan qaldırılmasına töhfə verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır