Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.
"Dünən axşam Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdüm. Çox səmimi və faydalı müzakirəmiz oldu", - deyə diplomat yazıb.
Görüşdə deputatlar Səməd Seyidov, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Sabir Hacıyev, Fazil Mustafa və Asim Mollazadə iştirak ediblər.
