Modern.az

İrandakı səfirliyin əməkdaşları sabah təxliyə ediləcək

İrandakı səfirliyin əməkdaşları sabah təxliyə ediləcək

Aktual

28 Yanvar 2023, 22:03

Azərbaycanın İrandakı səfirliyinin heyətinin və onların ailə üzvlərinin təxliyəsi sabah üçün nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Təxliyə hava yolu ilə həyata keçiriləcək.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı