Modern.az

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə əngəllər törədir

İran Orxan Əsgərovun cənazəsinin verilməsinə əngəllər törədir

Aktual

28 Yanvar 2023, 22:35

İranda həlak olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.

 

Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərir, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı