Modern.az

Üçtərəfli əlaqələrə xüsusi önəm veririk - Şentop

Üçtərəfli əlaqələrə xüsusi önəm veririk - Şentop

Aktual

30 Yanvar 2023, 08:30

Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Pakistan parlamenti sədrinin müavini Zahid Əkrəm Durrani ilə görüşündə deyib.

 

TBMM sədri diplomatik münasibətlərdə müsbət inkişafın olduğunu, əlaqələrin yaxşı inkişaf etdiyini deyib.

 

Onun sözlərinə görə, rəsmi Ankara Pakistan-Türkiyə əlaqələri ilə yanaşı, Türkiyə-Azərbaycan-Pakistan arasındakı üçtərəfli əlaqələr mexanizminə də xüsusi önəm verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...