Modern.az

Rusiya-NATO müharibəsinə icazə verə bilmərik - Şolts

Rusiya-NATO müharibəsinə icazə verə bilmərik - Şolts

Aktual

30 Yanvar 2023, 08:50

Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında müharibəyə icazə verməyəcəklərini bəyan edib.

 

Modern.az xəbər verir ki, Şolts bu barədə “Tagesspiegel” qəzetinə müsahibəsində danışıb.

 

“Rusiya Ukraynaya hücum etməklə sərhədləri zorakılıqla dəyişməmək məsələsində onilliklər boyu Avropada təhlükəsizliyə zəmanət vermiş konsensusu pozub. Buna görə də Ukraynanı dəstəkləyirik. Ukraynaya verilən dəstəklə bağlı bütün qərarlar müttəfiq ölkələrlə birlikdə və digər məsələlər nəzərə alınaraq qəbul edilir.

 

Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməməsi üçün hər şeyi etməliyik. Bu müharibəyə NATO-nun hər hansı ölkəsinin birbaşa müdaxiləsi yoxdur”, - deyə kansler qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı