Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Modern.az xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
***
09:40
Türkiyənin milli təhsil naziri Mahmut Özer bu gün Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşəcək.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş türkiyəli nazirin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Bildirilib ki, nazirlər Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, daha sonra peşə təhsili mərkəzinə baş çəkəcəklər.