Modern.az

AMEA-nın Ümumi yığıncağının vaxtı açıqlandı

AMEA-nın Ümumi yığıncağının vaxtı açıqlandı

Aktual

30 Yanvar 2023, 13:06

"Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının vaxtının apreldə keçirilməsi ənənə halı alıb. Amma bu il biz yığıncağın vaxtını 1 ay qabağa çəkməyi düşünürük”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

 

Onun sözlərinə görə, gələn il müddət 2 ay qabağa da çəkilə bilər:

 

“Aprel ayına gözlənilən yığıncaq mart ayının sonuncu həftəsində keçirilə bilər. Gələn il yığıncağın fevralda keçirilməsini düşünürük. Bu il ümumi hesabatlar ən geci fevralın 10-na qədər verilməlidir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı