Modern.az

ÜST fövqəladə vəziyyət müddətini üç il uzatdı

ÜST fövqəladə vəziyyət müddətini üç il uzatdı

Aktual

30 Yanvar 2023, 14:28

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar qlobal səhiyyədə mövcud olan fövqəladə vəziyyətin müddətini üç il uzadıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin baş qərargahı təşkilatın fövqəladə hallar komitəsinin iclasından sonra məlumat verilib. Qlobal səhiyyədə fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayından qüvvədədir.

 

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, pandemiya beynəlxalq narahatlıq doğuran hal olmaqda davam edir.



Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri koronavirus pandemiyası ilə bağlı növbəti həftəlik hesabat dərc ediblər. Sənədə əsasən, dekabrın 26-dan yanvarın 22-dək dünyada 11 milyon şəxs koronavirusa yoluxub, COVID-19-dan 55 min nəfər ölüb.

 

Əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxma hallarının sayı 25% azalsa da, ölüm nisbəti 13% artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı