Modern.az

Terrorun arxasında İran hakimiyyəti dayanır - Dini komitə sədri

Terrorun arxasında İran hakimiyyəti dayanır - Dini komitə sədri

Aktual

30 Yanvar 2023, 17:16

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktıdır. Bunun arxasında İran hakimiyyəti dayanır və məsuliyyət daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

 

“Əminəm ki, Azərbaycanın tələbləri və İran hakimiyyətinin törətdiyi bu cinayətlərlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın, terror aktını törədənlərin cəzalandırılmasına gətirib çıxarmalıdır. Terror aktını dini cameə də qətiyyətlə pisləyir. Dövlət Komitəsi olaraq bunu lənətləyirik”, - komitə sədri bildirib.

 

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı