Modern.az

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

Aktual

30 Yanvar 2023, 17:18

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı “QAZ 53” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində odun aşkar olunub.

 

“Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 m3 həcmində işlik meşə materialı müəyyən edilib”.

 

B.Məhəmmədovun sözlərinə görə, meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

 

Lənkəranda qanunsuz yolla əldə olunmuş odun aşkarlandı - FOTO

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı