Modern.az

İƏT Azərbaycana başsağlığı verdi

İƏT Azərbaycana başsağlığı verdi

Aktual

30 Yanvar 2023, 17:52

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Tehrandakı səfirliyində bir əməkdaşın ölümü, iki nəfərin yaralanması ilə nəticələnən faciəvi insidentlə bağlı dərin hüznlə başsağlığı verib.

 

Modern.az bu barədə təşkilata istinadən xəbər verir.

 

"Həlak olan əməkdaşın ailəsinə və yaxınlarına, həmçinin, Azərbaycan xalqına və hakimiyyətinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Bu hadisənin tez bir zamanda və obyektiv şəkildə araşdırılacağına səmimi qəlbdən inanır və bu cür faciəvi hadisələrin təşkilatın üzv dövlətləri arasındakı möhkəm tarixi və mədəni əlaqələrinə təsir göstərməyəcəyinə ümid edirik", - bəyanatda bildirilib.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı