Modern.az

464 azərbaycanlı zəlzələ bölgəsindən təxliyə edilib

464 azərbaycanlı zəlzələ bölgəsindən təxliyə edilib

Aktual

13 Fevral 2023, 11:08

Bu günə qədər 464 nəfər Azərbaycan vətəndaşı Türkiyənin zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

 

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

 

"Bundan əlavə, onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları da ölkəmizə təxliyə olunub",- deyə XİN rəsmisi deyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı