Modern.az

Azad olunmuş ərazilərin də öz çətinlikləri var - Vahid Hacıyev

Azad olunmuş ərazilərin də öz çətinlikləri var - Vahid Hacıyev

Aktual

18 Fevral 2023, 15:22

Zəngilan rayonunun Ağalı kəndində sakinlərin ciddi problemləri yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

 

Sakinlərin problemləri ilə mütəmadi maraqlandıqlarını diqqətə çatdıran V.Hacıyev məskunlaşma aparılan hər bir məkanda müəyyən çətinliklərin olduğunu təbii adlandırıb.

 

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin öz çətinlikləri var: “Amma bizim yaşadığımız Ağalı kəndində bütün xidmət strukturları mövcuddur, dövlət strukturlarına əlçatanlıq vardır. İnsanların istifadə edə biləcəyi bütün xidmətlər mövcuddur. Bütün xidmət növləri Ağalı kəndində yaradılıb. Ərazidə məskunlaşan insanların məşğulluğu da təmin edilib”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı