Modern.az

KİV: AKP seçkiləri təxirə salmaq istəmir

KİV: AKP seçkiləri təxirə salmaq istəmir

Aktual

18 Fevral 2023, 22:29

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament və prezident seçkilərinin təxirə salınmasını istəmir.

 

Modern.az xəbər verir ki, bu barədə BBC nəşri partiyadakı mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, AKP-də seçkilərə hazırlıq prosesi davam edir. "Lazımi texniki infrastruktur hazırlansa, mayın 14-də seçki olacaq", - deyə mənbə bildirib.

 

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri iyunun 18-də keçirilməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsini təklif etmişdi. Lakin ölkədə baş vermiş dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salına biləcəyi barədə məlumatlar yayılıb. 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı