Modern.az

İmamoğlu və Yavaş CHP liderini dəstəklədi

İmamoğlu və Yavaş CHP liderini dəstəklədi

Aktual

4 Mart 2023, 00:58

Türkiyənin Ankara və İstanbul şəhərlərinin merləri Mansur Yavaş və Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu dəstəkləyən paylaşımlar ediblər.

 

Modern.az xəbər verir ki, onlar öz "Twitter" hesablarında Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.

 

Qeyd edək ki, Türkiyə müxalifətinin "Altılı masa" adlandırılan siyasi bloku vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və millətçi İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı