Modern.az

Müalicəsi üçün yığılan pulu Türkiyəyə göndərdi - VİDEO

Müalicəsi üçün yığılan pulu Türkiyəyə göndərdi - VİDEO

Aktual

4 Mart 2023, 19:22

Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə yardımlar davam edir.

 

Modern.az xəbər verir ki, yardım aksiyasına ilik xəstəliyindən əziyyət çəkən azyaşlı Allahverdi Rzalı da qoşulub. O, müalicəsi üçün yığılan vəsaitin bir hissəsini Türkiyədə zəlzələdən əziyyət çəkən həmyaşıdlarına göndərib.

 

Yaşı az olsa da, ürəyi böyük olan Allahverdinin bu addımı Türkiyə nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.

 

Həmin görüntüləri təqdim edirik:

 

Qeyd edək ki, Allahverdi Rzalı ilik xəstəliyindən əziyyət çəkir. Onun əməliyyatı Türkiyədə mümkündür və bunun üçün 71 min dollar lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı