Modern.az

Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir?

Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir?

Aktual

4 Mart 2023, 19:43

Ermənistanın Baş naziri Nikol Paşinyanla mətbuat konfransında jurnalistlərdən biri Almaniyanın kansleri Olaf Şoltsa İrəvanın Rusiyaya sanksiyalardan yayınmağa kömək edib-etmədiyi barədə sual ünvanlayıb.

 

Modern.az xəbər verir ki, jurnalist, həmçinin Şoltsdan Ermənistanın Avropa İttifaq ilə ixracının müəmmalı şəkildə artımını Paşinyanla müzakirə edib-etmədiyini də soruşub.

 

“Müharibə başlayandan bəri Almaniya və digər Avropa İttifaqı ölkələrindən Rusiyaya ixrac azalıb. Ermənistana ixrac artıb, həmçinin Ermənistandan Rusiyaya ixrac artıb. Ötən həftə iqtisadiyyat naziri Robert Habekdən Rusiyanın üçüncü ölkələr vasitəsilə Avropa mallarını, xüsusilə yüksək texnologiya və nəqliyyat vasitəsi hissələri əldə etdiyini öyrəndik. Bu rəqəmlər onu deyir ki, Ermənistan burada rol oynaya bilər. Bunu müzakirə etmisinizmi”, - jurnalist sualında bildirib.

 

Kansler isə bu məsələni müzakirə etmədiklərini deyib:

 

“İqtisadi göstəriciləri izləyirik. Eyni zamanda, bizim üçün sadəcə iqtisadi göstəriciləri nəzərdən keçirmək, korrelyasiyanı izah etmək yox, həm də iqtisadi sanksiyalarımızın yan keçilməməsini görmək vacibdir və bu, əlbəttə, bizim tələb etdiyimiz bir şeydir”.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı