Modern.az

Yol polisindən xanım sürücülərə sürpriz - VİDEO

Yol polisindən xanım sürücülərə sürpriz - VİDEO

Aktual

8 Mart 2023, 14:05

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib.

 

Modern.az xəbər verir ki, onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

 

BŞDYPİ-nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb, sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.

 

Bayram münasibətilə həmçinin, avtobusda olan qadın sərnişin və piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.

 

 

Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir