“Bugünkü dünya çox fərqli vəziyyətlə qarşı-qarşıyadır. BMT kimi müvəffəqliyyətli olmayan qurumlar var. Düşünürəm ki, BMT iki yerə bölünməlidir”.
Modern.az-ın xəbərinə görə, bunu BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır X Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda panel iclasa ünvanladığı videomüraciətində deyib.
O çıxışı zamanı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu şəkildə sədrlik edib.