İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2022-ci ildə dövlət büdcəsinə 11740,0 mln. manat proqnoza qarşı 15543,0 mln. manat vəsaitin daxil olması təmin edilərək proqnozdan əlavə 3803,0 mln. manat və ya 32,4% çox vəsait yığılıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Daxilolmaların həcmi 2021-ci ilə nisbətən 7013,8 mln. manat və ya 82,2% çox olub.