Modern.az

Sumqayıtda aptekdən oğurluq edildi

Sumqayıtda aptekdən oğurluq edildi

Aktual

5 Aprel 2023, 11:37

Aprelin 3-də saat 22 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisindəki apteklərin birindən 187 manat dəyərində gigiyenik vasitənin soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 

 

Modern.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Məmmədov müəyyən olunaraq saxlanılıb. 

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı