Modern.az

Rəşad Dağlıya xanım hakim hökm oxuyacaq - 14 ilədək həbs...

Rəşad Dağlıya xanım hakim hökm oxuyacaq - 14 ilədək həbs...

Aktual

5 Aprel 2023, 17:22

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi icraata verilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, meyxanaçının işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

 

Hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

 

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir