Modern.az

Bakıdan Düşənbəyə reys açılır

Bakıdan Düşənbəyə reys açılır

Aktual

5 Aprel 2023, 17:45

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti may ayında Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə reys açır.

 

Qurumdan Modern.az bildirilib ki, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.

 

Düşənbə paytaxt olmaqla yanaşı, şərq ekzotikası və Mərkəzi Asiya xarizmasını özündə birləşdirən Tacikistanın həm də ən böyük şəhəridir.

 

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir