Modern.az

Ötən ay temperatur orta göstəricidən yüksək olub

Ötən ay temperatur orta göstəricidən yüksək olub

Aktual

7 Aprel 2023, 11:42

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri bu ilin mart ayında qlobal orta temperaturun yüksək olduğunu bildiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

 

Qeyd olunur ki, ötən ay meteoroloji müşahidələr tarixində qlobal orta temperaturun səviyyəsinə görə ikinci ən isti mart ayı olub.

 

Şimali Afrikada, Rusiyanın cənub-qərbində və Asiya ərazilərinin əksəriyyətində temperatur orta göstəricilərdən yüksək olub. Mart ayında Asiyada yeni rekordlar qeydə alınıb.

 

Avropanın şimalında mart ayı həmişəkindən daha soyuq, cənubi və Mərkəzi Avropada isə orta göstərici ilə müqayisədə daha isti olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?