Modern.az

"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Aktual

8 Aprel 2023, 13:10

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (10-11.04.2023 və 13-14.04.2023 tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

 

Modern.az xəbər verir ki, aksiya həftənin 1-ci günü #Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü #İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü #Ucar rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü isə #Göyçay rayonunda (Əli Kərim adına şəhər Parkı) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?