Modern.az

Erməni mafiyasının rəhbərinə 40 il HƏBS VERİLDİ

Erməni mafiyasının rəhbərinə 40 il HƏBS VERİLDİ

Aktual

8 Aprel 2023, 18:17

ABŞ-ın Los-Anceles şəhərindəki erməni mafiyasının keçmiş rəhbəri 40 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

 

Lev Aslan Dermen kimi tanınan Levon Termencyan amerikalı vergi ödəyicilərindən 1 milyard dollardan çox vəsaitin oğurlanmasında ittiham olunub.

 

Poçt fırıldaqçılığı və çirkli pulların yuyulması işində təqsirli bilinən Termencyan 2010-2018-ci illər arasında 1 milyard dollardan çox bərpa olunan yanacaq vergisi krediti əldə etmək üçün Yuta ştatında fəaliyyət göstərən şəbəkə ilə əlbir olub.

 

O, həbslə yanaşı, 442 milyon 615 min 520 dollar təzminat və 181 milyon dollardan çox cərimə ödəməlidir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?