Rusiyanın Kamçatka bölgəsində yerləşən Bezimyan vulkanı püskürüb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti vulkanın püskürməsini əks etdirən görüntülər yayımlayıb.
Bildirilir ki, vulkan 12 km hündürlüyə qədər kül buraxıb. Vulkanın püskürməsi ilə əlaqədar aviaşirkətlərə xəbərdarlıq edilib.
Bildirilir ki, vulkanın külü təyyarələr üçün təhlükə yaradır, aviaşirkətlərə alternativ marşrutlardan istifadə etmək tövsiyə olunub.