Modern.az

Fərarilik edən rusiyalı gənc İrəvanda tutuldu

Fərarilik edən rusiyalı gənc İrəvanda tutuldu

Aktual

8 Aprel 2023, 21:00

Ermənistan polisi Rusiyada axtarışda olan 23 yaşlı gənci fərarilik ittihamı ilə saxlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

 

Moskva polisi tərəfindən axtarışa verilən gənc aprelin 7-də tutulub.

 

“Moskva hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fərarilik ittihamı ilə axtarışda olan 23 yaşlı Yuri T. tapılaraq İrəvanın Nar-Dos küçəsindəki polis bölməsinə aparılıb”, – Ermənistan polisi bildirib.

 

Qeyd edək ki, Rusiyada fərariliyə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?