Modern.az

İranda hicabsız qadınlar kameralarla izlənəcək

İranda hicabsız qadınlar kameralarla izlənəcək

Aktual

9 Aprel 2023, 00:41

İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb.

 

İran polisinin yaydığı məlumatda bildirilib ki, küçədə başıaçıq gəzən qadınlar ilk mərhələdə xəbərdarlıq məktubları alacaqlar.

 

Bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı diqqətə çatdırılıb.

 

Qeyd edək ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iranlı qadınların bir çoxu çadradan imtina edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?