Bakıda yolun əks istiqamətində maşın sürən şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
"Bu sürücünün 20 yaşı var. Tələbədir. Avtomobillə yolun əks istiqamətinə doğru hərəkət edir. Təəssüf ki, belə saxlanılaraq məsuliyyətə cəlb edilib", - deyə DİN rəsmisi bildirib.