Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdikləri xidmətləri sayəsində əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzində olub.
Cənab prezidentin təşəbbüsü ilə yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Təbibin cevikliyi ilə səhiyyədə aparılan islahatların surətlənməsi mümkün olmuşdur. Artıq vətəndaşlarımız rahat şəkildə tibb xidmətlərdən asanlıqla yararlana bilirlər.
13 may 2022-ci ildə cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Səhiyyə nazirinin müavinindən, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılıb.
Bu fərmanla səhiyyə sahəsində mövcud olan çatızmazlıqların qısa müddətdə aradan qaldırılmasının, görülən effektiv tədbirlərin həyata keçirilməsinin və səhiyyə qurumlarının düzgün koordinasının şahidi oluruq. Məhz bu fərmandan sonra Təbibin indiki rəhbərliyinin və komandasının fəaliyyəti əvvəlki fəaliyyətindən fərqli olaraq Səhiyyə nazirliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi ictimaiyyət tərəfindən razılıqla qəbul edilir.
Artıq bunun nəticəsidir ki, statistikaya nəzər yetirdikdə kifayət qədər müalicəyə ehtiyacı olan vətəndaşlarımız ilkin səhiyyə, ixtisaslaşmış, təcili, təxirəsalınmaz, stasionar, ambulator, labarator və diaqnostik-funksional xidmətlərdən istifadə edirlər.
Rayonlarda dövlət müalicə müəssisələrimizin yüksək şəraiti, müasir tibbi avadanlıqlarla təchizatı, bilikli və bacarıqlı həkim kadrların cəlb olunmasdan sonra pasientlər əvvəlki illərlə müqayisədə zərurət olmadıqda Bakıya gəlib müalicə almalarına ehtiyac qalmır. Dövlət xəstəxanaları ilə yanaşı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl xəstəxanalar ehtiyac olduqda vətəndaşlarımızın istəyinə uyğun olaraq keyfiyyətli tibbi xidmət göstərirlər.
Əlbəttə ki, bəzi narazıqların olması da başadüşüləndir, tibbi sığorta ölkəmizdə yeni tətbiq olunur, əvvəlcə müxtəlif şəhər və rayonlarda pilot layihə şəkildə uğurla icra olundu, sonra pandemiya dönəmi ilə qarşılaşdı və xeyli müddət nəzərdə tutulan işlərin ləngidilməsinə səbəb oldu. Digər ölkələrin tibbi sığorta sisteminə nəzər yetirdikdə orada tibbi sığorta sistemi çox çətinliklə bir sıra problemlərlərdən keçərək dayanıqlı hala gəlmişdir. Ölkəmizdə tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunmasına baxmayaraq, tibbi sığorta gec tətbiq olundu, bunun səbəbi o vaxtı ölkəmizin iqtisadi-sosial durumu qənaətbəxş olmaması Hökümət üçün çətinlik yaradırdı. Dərman vasitələrinin təminatı məsələsi belədir ki, yalnız stasionar şəraitdə müalicə olunan pasientlərə dərman vasitələri ödənişsiz verilir. Ambulator şəraitdə müraciət etmiş pasientlərə təyin olunan dərman vasitələrinin pulsuz verilməsi hələki nəzərdə tutulmur, buda dərman vasitələrinin xaricdən baha gətirilməsi ilə və dərman vasitəsinin daha çox məsrəfli olması ilə bağlıdır.
Qardaş Türkiyə Respublikasında dərman vasitələrinin həm stasionar həm də ambulator qarşılanması ona görə mümkün olur ki, əksər xarici dərman zavodlarının istehsalı və nümayəndəlikləri Türkiyə Respublikasında fəaliyyət göstərir. Həmin əczaçılıq zavodları Dövlət səviyyəsində razılaşdırılmış müqavilə əsasında dərman vasitələrini ucuz qiymətə xəstəxanalara və apteklərə satışını həyata keçirə bilir, o səbəbdən istər stasionar, istərsə də ambulator dərmanların əksəriyyətinin məsrəflərini Türkiyə Respublikasının Sosial Güvənlik Qurumu tərəfindən qarşılanır.
Respublikamızda dərman istehsalı ilə əlaqədar sənaye parklarında əczaçılıq müəssisələri fəaliyyətə başlayıb ancaq bu istehsal bizi dərman idxal asılılığından nə dərəcədə qurtaracaq onu indidən demək çətindir!?
Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətimizi şaxələndirməliyik, dünyada məşhur olan, ceşidli dərman vasitələri istehsal edən, əczaçılıq zavodlarını ölkəmizə dəvət etməliyik. Respublikamızda daha çox istifadə olunan və müxtəlif farmakoloji qruplara aid olan dərman formalarının istehsalı üçün şərait yaratmalıyıq ki, onlar da investesiya qoymaqda maraqlı olsunlar.
Respublikamızın iqtisadi qüdrəti, irəliləyən qabaqçıl nüfuzumuz və bitki xammal ehtiyatımız buna imkan verir ki, bizdə həmin dərman zavodlarını ölkəmizdə fəaliyyətini təmin edək və beləliklə gələcəkdə qloballaşan dünyamızda dərman təhlükəsizliyimizi qoruyaq.
Artıq bizim də yetəri qədər təcrübələrimiz, uğurlarımız vardır, əminəm ki, zamana bağlı olan mövcud problemlər öz həllini tapacaq, tibbi sığorta daha da təkmilləşəcək və etibarlı olacaq.

Nicat Xəlilov
Azərbaycan Tibb Universitetinin doktorantı