Modern.az

Bu ölkədə hepatit E virusuna yoluxma qeydə alındı

Bu ölkədə hepatit E virusuna yoluxma qeydə alındı

Dünya

Bu gün, 22:29

Honkonqda 2026-cı ildə ilk dəfə insanda siçovul hepatiti E virusu aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.

Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar.

Məlumata görə, virus mayın 5-də xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən 42 yaşlı kişidə aşkarlanıb. Pasiyent artıq stabil vəziyyətdə xəstəxanadan evə buraxılıb.

Onun ailə üzvlərində xəstəlik aşkarlanmasa da, onlar həkim nəzarətində saxlanılır. Mütəxəssislər, həmçinin kişinin yaşadığı evi və işlədiyi məkanı yoxlayırlar.

Bu, 2026-cı ildə Honkonqda qeydə alınan ilk belə yoluxma halıdır. Son beş ildə regionda ildə orta hesabla cəmi iki siçovul hepatiti E infeksiyası aşkarlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?